قازاقيستانلا زنگاندا اولان؛ اورتاق وارليق « ديلک داشي »
Qazaqıstanla zənganda olan; ortaq varlıq “dilək daşı”
1388 ilin çillə ayı (2009), yaqub dəliöməroğlunun türkıstan kitabını oxurkən məni çox maraqlandıran bu yazılar: “ zirvədə (qazıqurt dağı) bir iki qola da xalq parçalar bağlayaraq, onları rəng bə rəng etmişdilər. Dilək tutmanın bu şəklini bilirdim. Amma bir də kiçik daş parçalarından üst üstə qoyularaq əmələ gələn yığınlar vardı. Bunlar dilək diləyənlər tərəfindən edilmişdi. Bunlar abayın anlatdığı idi.”
...
1387 ci ilin yay çağı gözlərimin önünə gəlir. Ayazınan zənganın “sünbülə” dağına çıxırdıq. dağın zirvəsində ayaz belə dedi: “bir bala daş özüzlə götürün, zirvədə qalaxlanan daşların üstünə qoyun. Qoyduğuz çağ, ürəgizdə tanrıdan bir dilək istəyin”. Arazla mən bu işi yerinə gətirdik.
...
Indisə qazaxlı yaşlı abay ilə zənganlı gənc ayazın ortaq sözləri məni şaşırdır: “ dilək daş”.
Bu iki kişinin bir birilə bugünkü gündə kəskin bağlantisiz olduğunu bilərək, başqa bir şeyi düşünürəm, geçmişdə olan türk varlığının ortaq inam və simgələrini. əskidən günümüzə qədər yaşayan kültür.
Kültürümüzün ortaqlarını tapdığca, güvəncim artır. Qazaxlı dildaşıma istəməzcəsinə güvənirəm. Ürək bağlıram. Bir kökdən olduğumuz daha bəlli olur. Beləliklə ayrı ortaqları arayıb, kültürəl güclərimizi tanımaya tələsirəm.
......
-
qazıqurt dağı: qazıqurt oğuzların önəmli yaylalarından biridir. Dədə qurqud, salurqazan ilə qarşılaşdığı dağ. Bu dağ özbəkistan sınırına çox yaxındır.
-
Qazaxlara “ nuhun gəmisi haraya oturdu?” diyə sorulsa hamıdan bir cavab eşitmək olar: “ qazıqurt dağına”.
-
Dəliömər oğlu, yaqub. Türkistan yəsəvinin şəhrinə yesiyə dayir, bakı 2009.
Zəngan
1388/10/23
13/01/2010
قازاقيستانلا زنگاندا اولان؛ اورتاق وارليق « ديلک داشي »
1388 ايلين چيلله آيي (2009)، يعقوب دلي اؤمراوغلونون «تورکيستان» کيتابيني اوخورکن مني چوخ ماراقلانديران بو يازيلار: « زيروه ده (قازي قورت داغي) بير ايکي قولا دا خالق پارچالار باغلاياراق، اونلاري رنگ به رنگ ائتميشديلر. ديلک توتمانين بو شکليني بيليرديم. آما بير ده کيچيک داش پارچالاريندان اوست اوسته قويولاراق عمله گلن ييغينلار واردي. بونلار ديلک ديله ينلر طرفيندن ائديلميشدي. بونلار آباي ين آنلاتديغي ايدي. »
...
1387 جي ايلين ياي چاغي، گؤزلريمين اؤنونه گلير. آيازينان زنگانين « سونبوله » داغينا چيخيرديق. داغين زيروه سینده آياز بئله دئدي: « بير بالا داش اؤزوزله گؤتورون، زيروه ده قالاخلانان داشلارين اوستونه قويون. قويدوغوز چاغ، اورگيزده تانريدان بير ديلک ايسته یين» . آرازلا من بو ايشي يئرينه گتيرديک.
...
اينديسه قازاخلي ياشلي آباي ايله زنگانلي گنج آيازين اورتاق سؤزلري مني شاشيردير: «ديلک داش » .
بو ايکي کيشي نين بير بيريله بوگونکو گونده کسکين باغلانتيسيز اولدوغونو بيله رک، باشقا بير شئيي دوشونورم، گئچميشده اولان تورک وارليغي نين اورتاق اينام و سيمگه لريني.
اسکيدن گونوموزه قدر ياشايان کولتور.
کولتوروموزون اورتاقلاريني تاپديغجا، گوونجيم آرتير. قازاخلي ديلداشيما ايسته مزجه سينه گووه نيرم. اورک باغليرام. بير کؤکدن اولدوغوموز داها بللي اولور.
بئله ليکله آيري اورتاقلاري آراييب، کولتورل گوجلريميزي تانيمايا تله سيرم.
اتک یازیلار:
* قازي قورت داغي: قازي قورت اوغوزلارين اؤنملي يايلالاريندان بيريدير. دده قورقود، سالورقازان ايله قارشيلاشديغي داغ. بو داغ اؤزبکيستان سينيرينا چوخ ياخيندير.
* * قازاخلارا « نوحون گميسي هارايا اوتوردو؟ » دييه سورولسا هاميدان بير جاواب ائشيتمک اولار: « قازي قورت داغينا » .
* * * د لي اؤمر اوغلو، يعقوب. تورکيستان يسوي نين شهرينه يسييه دایير، باکي 2009.
--------
زنگان
1388/10/23
13/01/2010
تورک دیلینده زنگین وارلی، عظمتلی، گئنیش، دولو و قیمتلی و . . . آنلامیندا گلیب.