Gül burnu aşı

Mostafa rəzzaqi 13881001\20091222
Həyat yoldaşımın zənganın (zəncanın) yerli yeməklərindən çox xoşu gələr. Onunla evlənəndən sonra iş yerinə apardığım yeməklərin bir hissəsi də bu yeməklərə məxsus oldu. Günlərin birində iş yerində nahar yeməyinə, abamın (anamın) kəndə gedəndə özü koldan dərib gətirdiyi və bizə də bir miqdar verdiyi gül burnudan bişirdiyimiz aşdan aparmışdım.
Fars iş yoldaşlarım bəh bəh deyə deyə yedilər ancaq indiyə kimi belə bir aş görmədiklərini söyləyib şuxluq içində onların nəzərində əcibə yeməklər gətirdiyimə görə məni əcibə insan adlandırdılar. Onlar şuxluq üzündən mənim yeməklərimi labratuar və azimayişgah yeməkləri adlandırıb öz bədənlərində hansısa qeyri adi dəyişikliklər üz verəcəyini xəyal edib gülürdülər. Onlar gülburnu kəlməsini eşitməmişdilər. Mən də bunun farscasını bilmirdim onlara deyəm.
Neçə gün keçdi. Tehranda Zənganlı ailədən evlənmiş isfahanlı iş yoldaşım yenə nahar çağı, dedi: evdə bu aşı dedim, qaynanam bildi ancaq dedi çox qədimlərindir. Yoldaşım özü belə dedi " bu aş altı yüz il bundan qabağındır" (farscası belədir: şunsəd milyon sale qəbl).
Elə sanırdım yalnız dilimiz tehranda tarixi əşya hesab olunur ancaq bildim ki, bizim kültürümüzün simذollarından olan yeməklərimiz də burada tarixə qovuşmuşdur. guya neçə on il bundan əvvəl zəngandan (zəncandan) köçüb tehrana gələn o zənganlı qaynana bu az müddətin içində başqa kültürün təsiri altında milyonlar il öz kökündən fasilə açmışdır. ətraf kültürün bu dərəcədə böyük "zərib" olduğuna heç inanmaq olmur.
Gül burnu
Kuşburnu, Hagebutte, Rosa canina
تورک دیلینده زنگین وارلی، عظمتلی، گئنیش، دولو و قیمتلی و . . . آنلامیندا گلیب.