يمن له چين اورتاسيندا يارانان سئوگي دستاني 

     سولئيمان پئيغمبر دؤنمينده اوز وئرن آشيق دستاني بللي اولدو 

  اوزانلاردونياسي- زنگانلي آشيق موسلوم: معصوم ايله ديلفروز دستاني ايکي ريوايت سؤيله نيلير. بيرينجيسي ايسلامدان اؤنجه، او بيري ايسه ايسلامدان سونراني قاپسايير. بو دستان چين ايله يمن آراسيندا اوز وئرن بير آشيق دستاني دير. ايسلامدان اؤنجه دئييلن دستان سولئيمان پئيغمبر چاغينا عايد بير دستان دير. بو دستاني آشيق موسلوم 1350(1970) جي ايللرده کاسئت اوزرينه اوخوموش آنجاق هله ليک کاسئتلري آرشيو اولمايان دستانلاردان بيري ساييلير. دستان محمد رزاقي طرفيندن يازيلي شکيلده قئيد اولونوبدور. معصوم دستاني 30 دقيقه  سوررکن آشيق موسلومون 10 جو اوتورومو سونا چاتدي. بو اوتوروم (1388.09.10)، (24.12.2009) گون اورتادان سونرا قورولدو.

Yəmən lə çin ortasında yaranan sevgi dəstanı

 Süleyman peyğəmbər dönəmində üz verən aşıq dəstanı bəlli oldu

Ozanlardünyası- zənganli aşıq müslüm: məsüm ilə diləfrüz dəstanı iki rivayət söylənilir. Birincisi islamdan öncə, o biri isə islamdan sonranı qapsayır. Bu dəstan çin ilə yəmən arasında üz verən bir aşıq dəstanı dır. Islamdan öncə deyilən dəstan süleyman peyğəmbər çağına ayid bir dəstan dır. Bu dəstanı aşıq müslüm 1350(1970) ci illərdə kaset üzərinə oxumuş ancaq hələlik kasetləri arşiv olmayan dəstanlardan biri sayılır. Dəstan məhəmməd rəzzaqı tərəfindən yazılı şəkildə qeyd olunubdur. Məsüm dəstanı 30 dəqiqə sürərkən aşıq müslümün 10 cü oturumu sona çatdı. Bu oturum (1388.09.10), (24.12.2009) gün ortadan sonra quruldu.

http://ozanlardunyasi.blogfa.com/post-26.aspx