seyid heydər bayat

qəta quşunu dinc buraxsaydılar yuvasında yatardı. Bunu deyib mədinədən çıxədi. Sürgünlük başlandı.
Bütün qutsal şəhərlər, ona yasaq idı.
Təkəcə rəsül məzarı deyil, allahin evi də ona yasaqlanmışdı axı!
Bəşərin, göy tanrısına sunduğu abidələr,
bütün qutsal şəhərlər.
Başqa bir qutsal şəhər tikəcəyəm dedi, və Kərbəla yarandı.
Ah! füzüli dədə! «Sözüm altın deyil, gümüş deyil, torpaqdır, ancaq Kərbəla torpağıdır,» dedin.
Başqa bir qutsal şəhərin torpağı. Və şiələrin inancına görə yalnız toxtadan torpaq elə odur.
Mənə Kərbəla torpağı, füzüli şe,ri gətirin tasua gecəsində.
Bir də zəngan aşıq havasında sərrafın şe,rini:
dur ey davalar aslanı / əbüalfəzlım əlmdarım.
Kərbəla yalnız torpaq deyildi. Kərbəla su idı. Su yasaq idı, abbasın oxlanmış eyməsindən tökülən su, fəratə mı calandı əcəba؟ Yoxsa tarix boyu altbılıncımızdə həqiqətin bir parçası olaraq , sürəklı axdı؟ Və susuzluq dəniz idı. Suyu arama, susuzluq ara, çox sonralar dedi mevlana. Susuzsana suyun bütün yer göydən daşlanacaq, dedi mevlana. Ancaq hüseyn sənələr deyil qərınlər öncə elə susuzmuşdu ki.
Və o qutsal şəhərin kərpicləri torpaq ilə su deyil, torpaq ilə susuzluqdan oluşa bilmişdi. o qutsal şəhər, bam başqa bir qutsal şəhər, qəta quşunun qonduğu yer.
Qəta quşunu dınc buraxsaydılar yuvasında yatardı axı.
Kərbəla, torpaq, susuzluq bir də alavdır.
Xeymələrin yaxıldığında, « hə! Tarix boyu hər yerdə bir xeymə yaxıldısa, tarix sənə duşundu»
yandı xeymələr, yandı və tarix susdu. o boyda tarix kitabları yalnız yəzidin meymununu rekəlam edırdılər. Ancaq gerçək tarix oluşmaqdaydı zeynəbın boğazında, bəşirin şe,rində:

“Hə, mədinəlilər! Güvənmək yeri qalmadı/ hüseyn öldü/ gözlərimdə yaş daşlanır/ hüseyn öldü/ gövdəsi Kərbəladə qumlar üstə sərgilənib, başı cıdalərdə dolanır.
«o neyzədən başın əy bir qoyum ürək başına.» Bunu zeynəb demişədi.
Qutsal kitab neyzə başında dodaqlanır. Yəzidin meymunu hələ də rekəlam olur, və torpaq atasının qızı, Sözcüklərin başını ucaldır şamda.
Sözcüklər heç o günə kimi o qədər sevinməmişədilər. Yavru Sözcüklər, ovçular yanında nə də başı uca qanadlana bilmişdilər, o gün. o gün ovçular Sözcük yavrularına yenildilər. o gün yəzid yer axtardı meymun arxasında, gizlənəməyə.
Və tarix meymunu rekəlam edırdı.
Hələ də meymunlar rekəlam olunur, hələ də Sözcük yavruları ovçular önündə, hələ heç zad dəyişməyib əxi, və onuncu gün, bir də torpaq bacısının Sözcükləri qanadlandırması, təksir olmayıbdır çapxanalarda.
*
güneydə yasaq Sözcüklərlə yazdım səndən ya hüseyn!
Qəta qoşunu düşünən bir Sözcük
qutsal şəhərlərdən sürgün
susuz
meymun rekəlamçıları, sansur etsələr heç şaşmayacayam.
Yalnız Kərbəla də gəlib heyrətə dalacam, bidil deyən güzgünün önündə: « bizdə ilqar yox, güzgü Kərbəladadır»
qutsal şəhərin güzgüsü önündə,
Sözcükləri
qanadlandıracam.

http://www.hbayat.azerblog.com/