ماهواره
Uzaq yaxın xatirələr 3
bunlar dostum seyidin otubusda mənə danışdığı sözlərdir.
Dilsevər(1387.1.1)
Çanaq anten (mahvarə)
tehranda oturarkən çanaq anten aldım atam e-tiraz elədi. E-tirazı bu idi ki, biz seyidik bizim evlərdə çanaq anten ayıbdır, ya ki, bizim el-tayfada çanaq anten yoxdur. Onun mənzuru bir sıra əxlaqsız verilişlər idi, Amma aşkar demirdi.
Mən dedim iki dəlilə görə almışam :
bir bu ki, mənim vaxtım yox uşaqlara türki öyrədəm. Mühit də ki, farsca danışır. Hər gün də eləyə bilmərəm beş on d
ənə kəlmə yazam deyəm axşama hifzlə. Amma türk şəbəkələrdə baxacaq türki kartona, türki filmə və istər istəməz türkcəni öyrənəcək .mən uşaqların türkcəni öyrənməsinə çox həssas idim belə ki qadağan eləmişdim onlarla farsca danışsınlar. hər kəs gəlirdi ev
imizə ya gedirdik evlərinə rzaya deyirdilər "çetori" deyirdim çetori yox "necəsən".Bu işlə istədiyim nəticəni çıxara bildim. İndi mahvarədə hər nəcür qəliz türki danışsalar, həm türkiyə türkcəsi həm də azərbaycan türkcəsi, uşaqlar düşünürlər. dəfələrlə i
mtahan eləmişəm.İkinci dəlil bu ki, mən almasam uşaqlar gedəcəklər qonşu evində baxalar ya ən azı onların zehnində bir həsrət kimi qalacaq. nəsə mənim dəlillərim atamı razı salmadı. Amma mən də çanaq anteni yığışdırmadım və məndən sonra familə də yol açıldı və çanaq antenlər alınmağa başladı.
antenin təsirlərindən biri də budur ki, tətillərdə ki, saraba gerdərik xanımlar bir biri ilə danışanda görərlər mənim xanımım düzgün türkcə danışır və bəzən onlardan da yaxşı danışır təəccübnən deyərlər məgər siz tehranda olmazsız? Elə bil ki hərkəs tehranda olsa gərək türkcəsi zaifləyə.
bakı anteni
orta məktəbin 3-cu ilində oxuryudum. 1361-ci il idi. o zaman bakı antenini almışdım 3 min tümənə. o zaman sarabdan tehrana otubus biliti 70 tümənə idi. indi 1387-də 7
min tüməndir. yəni o anten indi 300 min tümən olar.Danişgaha çıxdım, anteni damdan açıb yığışdırdım. dedim dərsimi bitirəndən sonra yenə gələcəyəm qoşam.
Bakı anteni çox yaxşı göstərməzdi. təsviri tökərdi. Elə bil tehran şəbəkəsinə antensiz baxırsan. İndi də sarabda bəzilər o antenlə bakıya baxırlar. Amma çox azdır.
O zaman bu anten hər kəsin damında görünsə idi məlum idi ki, bu şəxsin komonisti və ya türkçülük təmayülatı var. Ona görə imam cümə tərəfindən bəzi adamlar küçələrdə gəzərdilər damdakı antenlərə baxardılar. Hər kəsin bakı anteni olsaydı imam cüməyə xəbər verərdilər. Bunun qabağında xalq anten miləsinə iki anten bağlardılar biri iran anteni, biri bakı anteni. Gecələr bakı anteni göydə olardı. Gündüzlər onu sürüşdürərdilər milənin dibinə, yatardı damın üstünə küçədən görünməzdi. Elə buna görə bir dəfə sarabın imam cüməsi, höcətül islam kamali, cümə namazında demişdi bəzilər gecələr qovzayırlar gündüzlər yatırdırlar, deməsinlər bilmirik. Sonralar xalq bakı anteninin dörd qanadını mərkəzi hissəsindan, daypeldən, ayırardılar və iran anteninin qanadlarını bakı daypelinə qoşardılar. Hər kəs də bir söz desəydi deyərdilər bu cür tehranı yaxşı tutur. ona görə daha xalq antenləri yatırtmırdılar. Onda mənim atamın etirazı bu olardı ki, bulara baxırsan dərsindən qalarsan. Yalnız bu. Bununla belə özü də oturardı verilişlərə baxardı.
zərbülməsəl yığardım
kilasda müəllim mənə deyərdi ağaye zərbülməsəl. (mənə də ibri kilasında ağaye rişə deyərdi. çün həmişə kəlmələrin kökünün dalınca olardım və ustaddan soruşardım). Famildə də mənim marağımı bilərdilər. Hətta kənddə biri bir yeni zərbülməsəl işlətsə idi deyərdilər bunu yazın saxlayın səttar gələndə verək ona. (mən də danişgahda belə idim. uşaqlar özləri yerli sözləri toplayar mənə deyərdilər).
bacı əri
mənim böyük bacımın əri mənim türkçülük təmayüllərimlə çox zidd idi. Böyük oğlum olanda istirdim adını qoyam elyar. Bacım əri bunu eşitmişdi. Məni görəndə çox bəhs elərdik. Bu haqda da deyirdi "seyidin adını gərək qurandan çıxardasan". Bu sözlər yalnız türkcə ad qoyanda ortaya atılır. Farsca ad qoyanda quran yada düşmür. məsələn biri uşağının adını "puya" qoyanda demirlər gərək qurandan çıxardasan. Bizim islamçılarımız da
islamçılığı farsçılıqda bilirlər. Yəni belə yerinə salıblar.
rastgu
dini kitabları şah zamanı sadə idi. inqilabdan sonra çətinləşdi. bir də müəllimlərin təxəssüsü yox idi. ona görə müəllimlər dərslik kitabını qırağa qoyardılar özləri bizlərə danışardılar. Bizim də dini müəllimimiz fənni hirfeyi fövq-i diplomu idi. Ağaye rastgu adında. Kilasda ki, bəhs azad olardı mən də bəzi sorğular soruşardım o cavab verə bilməzdi. Deyərdi bular komonisti əqidələrdir. Qaldı mən danişgaha çıxdım dərsimi qurtardım mədrək aldım gəldim şəhrimizə. o yan, bu yan dedilər get amuziş pərvərişə. Mən də gəldim getdim rəyisin otağına, qapını döydüm, içəri keçdim gördü həmin adam olub rəyis. Elə məni gördü tanıdı. Dedi bizim sənə ehtiyacımız yoxdur. O idi ki, qayıtdım tehrana.
"Ağadadaş"dan "ağacana"
biz uşaq idik əmilərim atama "dadaş" anama "zəndaş" deyərdilər. Biz də onlar kimi atamıza dadaş anamıza zəndaş deyərdik. Sonralar mən bu rəsmi sındırdım. Atama "ağacan" dedim anama "mama" dedim. famil də bunu qəbul elədi. Daha sonralar anama "ana" dedim ama ağama elə ağacan ya həmən ağa dedim. Ağa kəlməsi özü də türk kökənli kəlmə olduğuna görə dəyişilməsinə ehtiyac duymurdum.
sağlam danışıq
görərsən bəzi şairlər v
ar türkcə şe`r deyirlər amma adi halda danışıqları farsca ilə qarışır. Məsələn resturanda deyirlər: uşaqlar "piyaz" da götürək; ya "mast" da alaq. Mən sə`y edirəm elə türküsünü deyəm və cümlə quruluşunu da türkcə saxlayam. Bir şair dostum var idi yazılarında cılxa dildən istifadə etməyə aşırı dərəcədə təkid edərdi. Bəzən hətta yerinə düşmüş dilimizdə sicil almış ərəbi sözlərin yerinə müadilini bilmədiyinə görə türkcə sözlər qondarırdı qoyurdu.Istanbuli kitab
Mən rahnimayinin sonlarında və nəzərinin əvəllərində oxuyarkən miyanada oturardıq . türkiyəli kamiyon sürücüləri gələrdilər saxlardılar bir birləri ilə danışardılar. Mənlə dostum haşım gedərdik onların ətrafında dayanardıq bəlkə onların sözlərindən bir şey anlayaq amma anlaya bilməzdik. Mən iranın istanbuli radiyosona da qulaq asardım amma təkcə bir iki kəlməsini anlayardım. yayda anam tehrana gələrdi. Bir dəfə mənə dedi dayından bir şey istəmirsən? mən istanbuli kitab istədim. Fikir etmirdim anamın dayısı (mən də dayı deyərdim) ciddi tuta amma o bir haftə gəzmişdi bir istanbuli öyrənmə kitabı tapıb vermişdi anama. Bir ayda mən o bukitabı "utdum" ondan sonra sürücülərin danışıqlarını və radiyonu anlayırdım. Kilasımızda da çoxlarına öyrətdim.
تورک دیلینده زنگین وارلی، عظمتلی، گئنیش، دولو و قیمتلی و . . . آنلامیندا گلیب.