Hörmətli elimin arzılarını

Hər zaman sevirəm ürəgimdədir

Başı yaşıl yaylaqları gəzəndə

Həsrətimdə odlu diləgimdədir

Quşların səsinə oyanan ellər

Bülbül nəğməsinə sevinir güllər

Lala yanaqlareda danışan dillər

Əzilib bal kimin çörəgimdədir 

bu şanlı vətənim ölkəm mahalım

Qurtulsun mehnətim getsin məlalim

Səndədir şokətim səndə cəlalım

Ağzımda dilim tək gərəyimdədir

Əlimde qələmim, sinəmdə sazım

Atalar analar mənim murazım

Sinə dəftərində dilimlə yazım

Elimin quvvəti biləgimdədir 

Çıxartma yadından bu şən elləri

Sənə əmək verən yaşıl çöllərı

Vətən aşığı yam “müslüm əsgər”i

Qəhrəman oğullar kürəgimdədir