Daha yağışa düşünmürəm
Daha yağışa düşünmürəm
Daha yağışa düşünmürəm
Qəmə dəniz olandan bəri
Daha
Yağışa...
Bir zaman gözlərim bulud idi
Ayrılıq səhrasında
Və sən əllərində çətir
Quru sovuşardın
*
On kərə
Sənə fikirləşdim
Və beş cut ayaq izi
Yaz qapısından
Qış küçəsinə...
*
Çiçəklər
Dəstə dəstə
Quşlar kimi uçur
Şəhərə doğru
Sən gəlin çıxarsan
*
“ibn-u-ssalam”
B.M.W ilə
Səni gözləyir
Bəzəkçi xana qapısında
*
Məktəbdə birgə olmadıq
Biz oxuyan zaman
Oğlan qızın oxulunu ayırmışdılar
*
O gün
Sübh saat yeddi
Əcəb heyrət etdin
Mən sənə çiçək yox
Hobi kamfitı
Hədyə gətirmişdim
*
Sonralar sənə məktub yazmadım
Demək
Məktub özümidim
Köynək arasında
Hər gün
Qapınıza gəlir
*
O gecə, mənə bir cild niçə hədiyə verdin.
Düşündüm:
Niçə subay yaşadı
Bu qız,
Nə demək istəyir?
*
Mən sağı olmuşdum
Və çaylar ardıcıl
Şərab yerinə
Təbrizli şəmsin divanı
Və həşiş qoxusu
»sevginin hayat suyunu
Damarımda axıt
Və sübh aynasını
Gecəsəl çevir«
O gecə
Quniyanın bir bölümü
Zəngana duşmuşdu
*
Daha sonra
Anam dedi:
Toya çağırıblar bizi
Yalan deyirmiş
....qızı
Sən bilimyurdu yatağında
Pancərəni açmışdın
Bütün gündüz
Gecəyə tərcümə oldu
O gecə
Mən alatoranda
Sıgara içirdim
Ay batırdı
*
Çiçəkli araba çiçəyi aparır
“ibn-u-ssalam”
Güzgüdə məcnunə baxır
Qənov qırağında
Söyüd yanında
تورک دیلینده زنگین وارلی، عظمتلی، گئنیش، دولو و قیمتلی و . . . آنلامیندا گلیب.