aşıq müslüm: Dünya qaldıqca bu türkü dilimizdə qalacaq
bu yazı 1385 son günlərində aşıq müslüm əsgəri əlilə " heydər bəg" adlı aşıq dastanının sonunda yazılıbdır.
... Bu dastanların bir rivayəti budurki dünyada zülm olmuya. Adamki xiyanət kardi. Onlar dünyada aşkar olalar.
Bir qismət dastan həq nahəq üstədi. Bir qismət dastanlar axtarır. Yaxşı xanvadə pak olanlarla həyatı başa verə.
Bir qismət dastanlar var xəlqi o şerlərinən sözlərinən qabi elir. Yəni təbliqat dini məzhəbi di.
Bir dastanlar var buna görə bir oğlan bir qız. Öz istədiklərinə gedələr. Güc bazarı olmuya. Hər kəs dünyadə öz didigi üstə dayanıb. Axır nəticə tapıb. Amma bu sözlər varki o işdə allah adı ola. Qədimkilər deyiblər. Qaçanda allahı çağırır qovanda.
Amma söz burdadıki allah özü vədə verib. Küllü məxluqat allahı bilsə özü kömək elər.
Xəlq aşıqları həmişə allah sözünü hikayət də deyirlər. Odurku həq batil olmaz sağ yaşayın.
Yeddi dastan tamamə yetişdi. Aqay e mohəmməd rəzzaqı çoxlu zəhmət çəkib bu zamanda belə insan tapılarki özünün gecə gündüz istəyir bu zəhmətləri qəbul eyləyənadam( dan) necə minətdarlıq eləmək olarki bizim mirasimzi yığa bir yerə doğrudanda nə demək olar. Azərbaycan ölkəsində bucür türkü dilinin hörmətli saxlıya. Indi zaman bir zamandı yerindən duran uşaqda fars dilinə müsələtdi. Bizim oxumamız kitablar da fars dilidir. Vəli atalardan, analardan qalan (türkü dili) bizim bir köklü ağac kimi rişə atıb ürəklərə.
Elə bil allah yaradan dağ kimidir. Dünya qaldıqca bu türkü dilimizdə qalacaq. Hər kəs öz ana dilin yaddan( çıxartsa) elə bil öz nəslini ürəyindən qazanıb.
Indi azarbaycanda dastanlar oxunur. Gərək bu dastanları qopuzla xalq milətimizə çatdıraq kı dastan bilməyən aşıq elə bil aşıqlıq yolunda itirib. Bu dastanlardandırkı bizim musiqimizi ayaxda saxlayıb. Yoxsa hər kim bu dastanları ürgəşmiyən aşığın sinəsində ki qopuz da ondan narazılıq vardır. Çünkü dədə qurqud kimi saz və söz sənətkarları zəhmət çəkib bizə də yadıgar qoyub.
Azərbaycanda hələ də aşıqlar bu sənəti qoymurlar ölə. Hər yanda yenə də görürük saz aşığı var. Onlardan da biz razılığımızı bildiririk. Necə məhəmməd rəzzaqı kimin insanlar da var. Özü aşıq sənəti boyudur. Özü cavan vəqtini qoyub belə bir ana dilimizin yolunda çalışır.
Indidə bizim zənganımızda” ışıq yol” və “ günəş” kimi parlayan belə məclisimiz var. Allah razı olsun elə bir mərd oğlanlar, kişilər və qadınlar varki bu dildən sahib çıxırlar. Nə gözəldir. Bizim sənətimizi yaddan çıxartmırlar. Dəvət edirlər. Ona nisbət bilici aşıqları gətirirlər danışdırırlar ondan qədrdanlıq eləyirlər və ona yadvarə ya bir loh təqdir verirlər.
Nə yaxşı bir insanlıq dır. Ilin( birinci ayının) axırıncı qutulan günündə adlandırdılar “ aşıq sənətinin günü” elə biz aşıqlarda olardan ki bu cələsəni qurdular raziyiq. Amma zənganın aşıqları diyə billəm yatıblar. Yuxudadılar.
Oyanın bizim sənətimizi saxlayanlar var. Bəlkədə çoxlu türkü dilini sevənlər var mən ad aparmıram. Amma çoxlu razılıq bildirirəm. Çox çox təşəkkür lazimdi.
Inşallah bu gün də bir cəşn tutulsun. Qurban olum o, bizim günümüzü parladan insanlara. Onları alqışlayıram, sinəmə alıram. Onlara yaxşı gün həmişə şadlıq arzılıram. Şad yaşasınlar.
تورک دیلینده زنگین وارلی، عظمتلی، گئنیش، دولو و قیمتلی و . . . آنلامیندا گلیب.