Ozanlardünyası: zənganlı aşıq müslüm 25 ci oturumunda xan əmrah dan söz açdı. Bu dəstan təbriz ilə rum vilayətində üz verir. 28 dəqiqə sürən bu oturum 29.09.2010 = 1389.07.07 od günü zənganda quruldu. Aşıq müslüm bu dəstanı 1974-5 ci illərdə 3 kaset üzərinə sazlı və sözlü oxuyubdur. Bu kasetlər dədə qurqut qurumunun arşivində saxlanılır. 2006 ci ildə bu dəstan məhəmməd rəzzaqı əlilə tam yazılaraq səbt olunubdur.