|
Günəşlə Ay yaxın dostiymişdər. Bi dəfə Ay Günəşə deyir: -Gə, uşahlarımızı aparıf göydən yerə ataq. Günəş razılaşır. Sözləşdikləri gün Ay uşaqlarını gizlədir, bir kisə götürüb içərisini daşla doldurur, Günəşin yanına gəlir. Günəş isə uşaqlarını başına toplayıb hamısını kisəyə doldurur. Ayla Günəş kisələrini çiyinlərinə atıb yerə enirlər. Onlar yer üzü ilə xeyli yol gedirlər. Gəlib iri bir çaya çatırlar. Ay fürsəti əldən verməyib çiynindəki kisəni çaya boşaldır. Günəş də bunu görüb öz kisəsini ora boşaldır. Sonra ikilikdə öz evlərinə qayıdırlar. Gecə düşəndə Günəş pəncərədən baxıb görür ki, Ay göydədi, uşaqları ulduzlar da ətrafında gəzir. Başa düşür ki, dostu onu aldadıb. Günəşin bərk acığı tutur. Ayı göydən dartıb yanına gətirir, yaxasından yapışıb soruşur: -Niyə sən mənim uşaqlarımı çaya atdırdın? Ay Günəşə deyir: -Hayındı təkcə sənin qoraa düzü dünyanı yandırıf yaxmaq olar. Ho yannan da uşaqların böyüyür. Hunnar sən yaşa çatanda hərəsinə bir dünya lazımdı ki, başına dolansınnar. Dünya da ki, bir dənədi. Aralarında qırğın düşəcəhdi. Arada dünyanı yandırıb kül eliyəcəhdilər. Fikirləşdim ki, horda, suya atdırım, sönüf balığa çevrilsinnər. Adamlar da bu balıqları tutuf yesinlər. O vaxtdan Günəş Aydan üz döndərir, bir də onunla gəzmir, Ay göydə görünən kimi acıq edib dağların dalındakı evinə gedir.
GÜNƏŞ VƏ AY
Deyirlər, Günəş və Ay bacı-qardaş imiş. Onlar mehriban dolanır, həmişə dünyanı bir yerdə səyahət eliyirdilər. Bir gün Günəş və Ayı anaları Göy yanına çağırıb diyir: -Övladdarım, sizi cüt səfərə yolluyuram, təklik maa güc gəlir. Diyirəm, büyünnən biroz habırda, yanımda qalsın, o biroz geif ho dünyanı fırranıf gəlsin. Sora bu biroz getsin. Maa da baxan lazımdı. Hayındı, Ay, sən gündüzdər yanımda qal, qoy bacın Günəş gəzsin. O, axşam qayıdar, sən səfərə çıxarsan. Ay razılaşmır: -Maa gündüzdər sərfdi. - deyir. Göy ana oğluna ha başa salır ki: -Allaha bax, tanraa bax, Günəş qızdı, gecə qaranlıqda yola çıxsa qorxuf-eliyər. Ay tərsliyindən qalmır: -Yox, mən səhər gedicəm. Göy ana da dözmüyüf bərk hirsdənər, xəmirri əliynən oğlunun üzünə şillə vurar... Deyirlər o vaxdan Ayın üzünə ləkə düşüf. O da utundığından səfərə ancaq gecələr çıxır. Günəş isə səhər açılan kimi uzun saçlarını açıf onun qabağına tuturmuş, qardaşının üzündəki ləkələri gizlədirmiş.
GÜNƏŞ NECƏ YARANIB
Lap qədimləriymiş, dünya təzəcə yaranıfmış. Adamnar hələ bilmirləşmiş günəş, dağ, yağış, göl, çay nə olan şeydi. Ondan ötrü ki, holar hələm əmələ gəlməmişdi. Hər yan həmişə qapqaranığıydı. Gündüz də, gecə də yerə ancaq aynan ulduzlar baxırmış. Adamlar yuvalarınnan çıxıb uzağa getməyə qorxurlarmış. Elə zənn eliyirlərmiş ki, ulduzdar bulutdarın dalında yaşayan yekə-yekə divlərin, aysa onların ən nəhənginin - göylərin paçcahının gözdəridi. Ho elə zamannarmış ki, hələ ova çıxannarın nə oxu, nə nizəsi varıymış, vəhşi heyvannar, quşdar da onnardan qorxub eləmirmişdər. Cocuq-möcuğu təh görürmüşdər, götürüf qaçırmışdar. Bi dəfə nə təri olursa, durnaynan Dəvəquşu düzənlikdə gəzməyə çıxırlarmış. Dəvəquşunun ayaqları durnanın ayaqlarından iki dəfə uzunuymuş. Ho səbəbdən də durna rəfiqəsinin dalınca qaçmalı olurmuş. Amma yenə ona çatammırmış. Durnanın Dəvəquşunnan acığı gəlif, üstünə qışqırırmış ki, -Hayındı sən nə insafsız dostsan, qarannıqda məni kimin umuduna qoyuf bərk-bərk qaçırsan? Ləhləyə-ləhləyə dalaa düşmahdan tamam nəfəsim kəsilitdi. Dəvəquşu cavab vermirmiş, ha istəyir durnadan geri qalsın, bir şey alınmırmış. Çünki onun bir ləng addımı, rəfiqəsinin iki addımına bərabəriymiş. Durna bərk əsəbləşif Dəvəquşunu qarğamağa başlayıfmış: -Görüm qışdarın qırılıf boynaa dolansın. Dəvəquşu qəzəblənifmiş, geri dönüf durnanın başını bərk-bərk dimdikləyifmiş. Durna gözünə döndüyüm canını honnan qurtaran kimi qaçıf Dəvəquşunun yuvasına girif, honun təzə yumurtasını götürüf var gücüynən yuxarı atıfmış. Yumurta qalxıf, qalxıf, gedif göydə yaşayan divlərin yanına çatıfmış, sora da natərəsdikdən atdar üçün toplanan ot tayasının üstünə düşüfmüş. Yerdəki adamnar bir də baxıf görüllər ki. qaranlıqda göyün üzündə nəsə partliyitdi. Hər tərəf işıqlandı. Sən demə, Dəvəquşunun yumurtası sınıbmış, sarısı axıf otdarın üstünə, göydə hər şey od tutuf yanmağa başlayıfmış. Birdən-birə yer-göy elə işıqlaşıfmış ki, bütün cannılar az qalırmış kor olsunnar. Dəvə quşu tez gölə cumufmuş, suyu boğazına çəkif göyə püskürüfmüş. Amma yumurta elə yuxarı qalxıfmış ki, sular ora çatmımış. Təzədən yerə səpələnif yağış əmələ gətifmiş. Birdən göyün paçcahı nəhəng div yuxudan oyanıfmış. O, yerə baxıf çox sevinifmiş, yanan tonqalın gur işığında yer üzü ona daha gözəl görünüfmüş. Div deyif ki, mən yatana kimi habı ocağı sonməyə qoymayın. Beləcə nəhəng div nə qədər ki, oyaqmış, ocağa ağac, ot töküb yandırırmışdar. Ho yoruluf yatanda isə söndürürlərmiş. Ho vaxt yenə yer üzünə gecə düşürmüş, adamnar, heyvannar da mağaralara, yuvalara çəkilif yuxuya gedirlərmiş. Honnan sora göydəki bütün nəhəng varlıqlar çör-çöp yığıf ocağı sönməyə qoymullarmış. Səhərrər hər tərəf göydəki böyüh tonqalın işığına qərq olurmuş cannılar da duruf yer üzünü gəzirlərmiş, iş-güclə məşğul olurlarmış. Ho vaxtan bəri göy üzünün gözə görünməz sakinləri bütün gecə ağac, ot toplayırlarmış. Baş divin tapşırığıylaə göy sakinlərinnən biri ocaqdakı kösövləri səhərə kimi füləyirmiş ki, sönməsin, Bax, Günəş, yağış, külək belə yaranıtdı.
|